"Qarabağ" bu gün Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo" ilə cavab matçına çıxacaq.
BUTA.TV Sportinfo.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın oyunçuları sensasiya sayıla biləcək tapşırığı yerinə yetirə bilsələr, klub rəhbərliyi tərəfindən mükafatlandırılacaqlar.
Klubun tarixində ikinci dəfə ÇL-in qrup mərhələsinə yüksəlsələr, əsas heyət üzvlərinin hər biri 70 min manat civarında pul qazanacaq. Onu da deyək ki, hələ "Qarabağ"ın keçmişində bu qədər mükafat olmayıb. Komanda ən yüksək "ənam"ı 2017-ci ildə əldə edib.
Həmin il pley-off mərhələsində "Kopenhagen"i 1:0 və 1:1-lə üstələyən ağdamlılar ilk dəfə Çempionlar Liqasında qruplara qalıb və oyunçular buna görə 50 min manat alıblar.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı