Komandamdan əzmkar, baxımlı futbol gözləyirəm.
BUTA.TV xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprin "Omoniya" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis ilk matçda böyükhesablı məğlubiyyətə baxmayaraq, cavab qarşılaşmasına ciddi hazırlaşdıqlarını bildirib:
"İlk görüşdə böyük hesabla uduzduq. Fərqli ab-havada bu qarşılaşmaya hazırlaşmaq istəyərdik. Nəticənin pozitiv olması üçün əlimizdən gələni edəcəyik. Qələbə bizim üçün vacibdir. Komandamdan əzmkar, baxımlı futbol gözləyirəm".
R.Sadıqov ötən həftə ardıcıl məğlubiyyətlər aldıqlarını və futbolda bu cür nəticələrin olduğunu söyləyib:
"Futbolda hər şey gözlədiyimiz kimi olmur. Kiprdə ən uğursuz matçımızı oynadıq. Buraxdığımız qollara baxanda həyəcan, məyusluq və sair görünürdü. İstər-istəməz məyusluq var. Sabahkı oyuna köklənəcəyik. İlk görüşdəki nəticəni unutdurmağa çalışacağıq".
Qeyd edək ki, avqustun 29-da "Dalğa Arena"da təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Kiprdəki ilk matçda "Omoniya" 6 cavabsız qolla qalib gəlib.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı