Ötən 2 ilin göstəriciləri ilə müqayisədə 2023-cü ilin qar örtüyündəazlamalar müşahidə olunur.
BUTA.TV xəbər verir ki, bunu “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
O bildirib ki, ölkə ərazisində son 7 ildə buzlaq sahələri orta hesabla 18% azalıb.
“Ötən ilin avqust ayına nisbətən dağ göllərinin sahəsində 4,2% azalma qeydə alınıb. Son illər apardığımız müşahidələrə əsasən, Kür çayı dənizə deyil, dəniz Kür çayına axır.Türkiyə ərazisində başlayan Kür çayı Neftçala rayonu ərazisində dənizlə qovuşa bilmir. Bu zamanla su resurslarımıızn azalmasına səbəb olacaq”, - deyə o qeyd edib.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı