Durov həbs edildi, Pavlovki Avropadan qaçdı

01:08 - 27 Avqust 2024 - GÜNDƏM

 Durov həbs edildi, Pavlovki Avropadan qaçdı

Teleqramın yaradıcısı Pavel Durovun həbsindən sonra “Rumble” videohostinq şəbəkəsinin yaradıcısı Kris Pavlovski Avropanı təcili tərk edib.

BUTA.TV xəbər verir ki, bu barədə Pavlovski sosial şəbəkədəki səhifəsində qeyd edib.

“Mən indicə Avropanı uğurla tərk etdim. Fransa “Rumble”ni təhdid edirdi və indi Teleqramın baş direktoru Pavel Durovu həbs etməklə qırmızı xətti keçdi. “Rumble” bu cür davranışa dözməyəcək və universal insan hüququ olan ifadə azadlığı uğrunda mübarizə aparmaq üçün bütün qanuni vasitələrdən istifadə edəcək. Biz hazırda Fransa məhkəmələrində mübarizə aparırıq və Pavel Durovun dərhal azadlığa buraxılacağına ümid edirik”, - o bildirib.

Qeyd edək ki, Pavel Durov 24 avqustda Fransada həbs edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol