Romao üçün 2,5 milyon təklif olundu - "Qarabağ"ın cavabı

00:56 - 27 Avqust 2024 - GÜNDƏM

 Romao üçün 2,5 milyon təklif olundu -

"Qarabağ"ın ÇL-in pley-offundakı rəqibi "Dinamo" heyətini yarımmüdafiəçiylə gücləndirmək niyyətindədi.

BUTA.TV Football-plus.az-a istinadən xəbər verir ki, Xorvatiya təmsilçisi bu məqsədlə "köhlən atlar"ın qapısını döyüb. Xorvatlar Zaqrebdə keçirilən "Dinamo" - "Qarabağ" matçından (3:0) sonra klub rəsmilərinə Julio Romao ilə maraqlandıqlarını bildiriblər.

Germanijak.hr portalının iddiasına görə, "mavilər" Romao üçün 2,5 milyon avro təklif etsə də, ağdamlıların cavabı onları şoka salıb. Belə ki, "Qarabağ" futbolçusu üçün qarşı tərəfdən azı 5 milyon avro tələb edib.

Portal mövzunu belə şərh edir:

"Qarabağ"ın bütün futbolçuları çox bahadı. Onlar Juninyoya gələn 7 və 8 milyon avroluq təklifləri də qəbul etməyib. Baxmayaraq ki, "Transfermarkt" bu komandanın üzvlərini aşağı qiymətə dəyərləndirir. "Qarabağ" isə məhz meydanda göstərilən oyuna önəm verir".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol