Avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü Rəna Rafiq qızı İmanovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Ramal Raiz oğlu Qurbanlı polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib.
Araşdırma aparılır.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı