Fransa məhkəməsi Teleqramın təsisçisi Pavel Durovun həbs müddətini uzadıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
Məlumata görə, Fransada sorğu-sual üçün ilkin həbs müddəti maksimum 96 saat davam edə bilər.
Bu müddətin sonunda hakim ya saxlanılan şəxsin azadlığa buraxılması barədə qərar verə bilər, ya da ona qarşı ittiham irəli sürə bilər.
Qeyd edək ki, Pavel Durov avqustun 25-də Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı