Qıcqırma kimi tanıdığımız mədə göynəməsi çoxlarına tanışdır.
Onun əmələ gəlmə səbəbləri az deyil və əgər siz daim ağız boşluğunda, boğazınızda göynəmə hiss edirsinizsə bu zaman həkimə müraciət etməyiniz məsləhətdir. Məhz iki faktor: alkaqol və bayağı şəkildə artıq yemək mədə qıcqırmasının əsas səbəblərindəndir. Bu faktor bizim qıcqırma adlandırdığımız xlorid turşusuna və qida borusuna güclü təsir göstərir.
Sadə və tez vasitə
Mədə göynəməsi ilə mübarizənin ən sadə yolu adi antiasiddir. Bu maddəni çay sodasından əldə etmək ən rahat üsuldur. Yarım çay qaşığı çay sodasını bir stəkan suda həll etmək və qurtum - qurtum içmək yetərlidir. Lakin bu məhluldan qədərindən çox içmək qəti olmaz. Belə ki, müntəzəm şəkildə qəbul olunduqda sağlamlığınıza zərər yetirə bilər.
Ən təhlükəsiz vasitə isə - aktivləşdirilmiş kömürdür. Bir çoxları bu dərmanı çoxlu su ilə içməyə adət ediblər, lakin həbi toz şəklinə salıb yarım stəkan süddə həll edib içsəniz məhlulun təsiri daha effektli olacaq.
Bütün evlərdə olan daha bir maye mədə qıcqırtısına qarşı mükəmməl mübarizə vasitəsi hesab edilir. Söhbət sudan gedir. Bir stəkan ilıq su turşuluğun səviyyəsini aşağı salacaq və qıcqırmadan xilas edəcək. Ən yaxşısı suyu qurtum - qurtum içməkdir və çalışmaq lazımdır ki, mayeni qəbul etdikdən sonra bir az hərəkət edəsiniz. Otaqda bir az gəzinti və yüngül idman hərəkətləri bu prosesi sürətləndirəcək.
Dadlı və xeyirli vasitələr
Bəzi qida məhsulları qıcqırmanın aradan götürülməsinə kömək edir.. Balı südə və ya suya qatıb içsəniz, bu dadlı dərmanın necə tez təsir etdiyini görəcəksiniz.
Hesab edirk ki, badamın siyahıda yer alması gözlənilməzdir. Maraqlısı bundadır ki, məhz bu çərəz mədə qıcqırmasının qarşısının alınmasına əla təsir göstərir. Buna görə də onu daim əlinizin altında saxlamağı unutmayın. Mədədə göynəmə hiss edən kimi bir neçə badamı çeynəyin və bir neçə saniyədən sonra hər şey keçəcək.
Əgər sizin evinizdə çobanyastığı və nanə varsa ondan istifadə etməyi unutmayın. Çobanyastığını və nanəni dəmiləyin və isti dəmi qurtum - qurtum için.
Profilaktik tədbirlər
Tez - tez yeyin, az yeyin.
Acılı, yağlı və qızardılmış yeməkləri rasionunuzdan xaric edin, bundan başqa, turş meyvə və tərəvəzlərdən , pomidor, şokoladdan az istifadə edin. Çalışın ac qarnına tünd kofe və tünd çay qəbul etməyəsiniz.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı