Anti-Rusiya mövqeli Qurgen Arsenyanın Ermənistanın Rusiya səfiri təyin edilməsi Baş nazir Nikol Paşinyanın Moskvaya qarşı növbəti şantajıdır.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Eduard Sarıbekyan deyib. “Əslində, Arsenyan “şanslıdır”, çünki Ermənistan-Rusiya münasibətlərini daha da pisləşdirmək üçün heç bir işi qalmayıb. Durum keçmiş səfir Vaqarşak Arutyunyandan sonra ən aşağı səviyyədədir. Rusiyanın o təyinatı qəbul etməsinə gəlincə, böyük həvəslə razılaşdqlarını düşünmürəm. Çox güman ki, bu, Paşinyan tərəfindən Rusiya hakimiyyətini şantaj etməkdir ki, siz bizim səfirliyə namizədimizi qəbul etməsəniz, biz də sizin diplomatlarınızdan heç birini qəbul etməyəcəyik.
Ciddi regional gərginliyin olduğu, Gürcüstanda böyük hadisələrin yaşandığı, Ermənistanda Qərbin təsirinin artdığı, İran-İsrail münaqişəsinin alovlandığı və Rusiya-Ukrayna savaşının daha da mürəkkəbləşdiyi vaxtda ancaq Paşinyan şantaja əl ata bilərdi”, - ekspert qeyd edib.
Sarıbekyana görə, Paşinyan hələlik Rusiyanın qırmızı xəttini keçməyib, keçsə, bu, ona baha başa gələcək:
“Həmişə ailədə dəcəllik edən uşaqlarla bağlı valideynlərin B planları olur. Belələri qırmızı xətti keçəndə qapını açıb çölə atırlar”.
- Əhalinin ərzaq xərcləri 55%-ə çatdı – Bahalaşmanın səbəbi...
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib