Məlum olduğu kimi, 1 sentyabrda növbədənkənar parlament seçkiləri keçiriləcək.
BUTA.TV Unikal-a istinadla xəbər verir ki, budəfəki seçkilərdə icra hakimiyyətlərinin hər hansı bir formada iştirakı, yaxud müdaxiləsi tamamilə məhdudlaşdırılacaq.
Belə ki, icra hakimiyyətlərinin başçıları Prezident Administrasiyasına çağırılaraq seçkiöncəsi vəziyyət müzakirə olunub. Onlara tapşırılıb ki, seçki prosesinə hər hansı bir formada müdaxilə yolverilməzdir. Yəni, icra hakimiyyətlərinə hətta hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin belə xeyrinə iş aparmamaqla bağlı konkret tapşırıq verilib ki, seçki günü saxta bülletenləri qutulara salınmasın, karusel prosesinin edilməsin.
Hakim komandadan Milli Məclis üzvlüyünə namizədlərin seçkidə önə çıxması üçün isə bütün proses YAP-ın yerli təşkilatları tərəfindən icra olunacaq. Yəni, bu seçkidə aktivliyi yaratmaq və hakim partiyanın namizədinin seçilməsinə nail olmaq üçün YAP üzvləri ciddi şəkildə işləməli olacaq.
- Əhalinin ərzaq xərcləri 55%-ə çatdı – Bahalaşmanın səbəbi...
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib