Şuşa rayonunun Malıbəyli kəndindən olan bir qrup sakin ölüm təhlükəsi ilə üzləşib.
Bu barədə Malıbəyli sakinləri məlumat veriblər. Onlar üç gün əvvəl qohumlardan ibarət böyük bir heyətlə doğma kəndlərini ziyarət edərkən dəhşətli hadisə ilə qarşılaşdıqlarını bildiriblər. Adının çəkilməsini istəməyən Malıbəyli sakini deyib ki, əvvəlcə inşa olunan yeni yaşayış massivində olublar: "Malıbəyli camaatı üçün geniş, işıqlı evlər tikilir. Tezliklə doğma yurda köç olacaq. Sevincimizin həddi-hüdudu yoxdur".
Müsahibimiz bildirib ki, Malıbəyli sıx meşəliklərlə əhatə olunub. Onun sözlərinə görə, əvvəlcədən olunan xəbərdarlığa məhəl qoymayaraq, kəndin aşağı hissəsinə gedərək, dərənin dibindəki dağıdılmış evlərin görmək istəyiblər: "Yeni yaşayış massivindən xeyli uzaqlaşmışdıq. Ətrafımız sıx meşəliklər, hündür kollar idi. Dərəyə doğru irəliləyəndə nəhəng bir ayı gördük. Dərhal hündür, sıx kolların arasında gizləndik. Ayı ətrafda təhlükə olduğunu hiss etdi. Əvvəlcə qorxunc səslər çıxardı, sonra pəncələrinin üstünə qalxdı. Həmin vaxt onun ən azı iki metr boyu, qorxunc görkəmi vardı. Bizi soyuq tər basmışdı, nəfəs almağa qorxurduq. Bir müddət səsimizi çıxarmadıq. Ayı ətrafa nəzər salıb hər hansı təhlükə müşahidə etmədiyi üçün ərazidən uzaqlaşdı. Bundan sonra səssiz addımlarla geri qayıtdıq".
Malıbəyli sakini Şuşaya səfər edən sakinləri diqqətli olmağa səsləyib: "Şuşada və ətraf qəsəbələrdə təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Amma sıx meşəlik ərazilərdə vəhşi heyvanlarla qarşılaşmaq təhlükəsi həmişə var. Buna görə də insan ayağı dəyməyən ərazilərə getmək məsləhət deyil".
Qeyd edək ki, Malıbəyli kəndi uzun illər Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olub. Bir müddət əvvəl Xocalı rayonunun tərkibinə daxil edilib.
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi
- Mirzoyan Finlandiya prezidentinə Bakı ilə sülhdən danışdı