“WhatsApp”da telefon nömrəsini paylaşmaq öhdəliyi artıq ləğv olunur.
BUTA.TV xəbər verir ki, “WhatsApp” artıq yeni dövrə; istifadəçi adı dövrünə qədəm qoyur. Yeniliyə əsasən artıq kiminləsə yazışmaq üçün ona mobil nömrənizi vermək məcburiyyətində olmayacaqsınız. Bunun üçün digər sosial şəbəkələrdəki kimi istifadəçi adını vermək kifayət edəcək.
Yeni beta versiyası həmçinin istifadəçilərə istifadəçi adı təyin edərkən spam və arzuolunmaz qarşılıqlı əlaqəni məhdudlaşdırmaq üçün PİN kodu təyin etməyə də imkan verəcək.
“WhatsApp” istifadəçilərə üç məxfilik seçimi təklif edəcək. Birinci; istifadəçi adı. Sonuncu; telefon nömrəsi. Beləliklə, istifadəçilər mobil telefon nömrələrini kiminlə paylaşmaq istəmədiklərinə özləri qərar verəcəklər.
Daha bir məxfilik seçimi isə dörd rəqəmli PİN kodu olan istifadəçi adıdır. Bu funksiyanı yandırdığınız zaman yalnız bu PİN kodu bilən istifadəçilər sizə mesaj göndərə biləcəklər.
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi
- Mirzoyan Finlandiya prezidentinə Bakı ilə sülhdən danışdı
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir