Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan əldə edilən məlumatda bildirilib.
Qəza nəticəsində piyada ölüb. Şirvan şəhər sakini Əlvan Zeynalov İstiqlaliyyət küçəsində “Çeri” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçməkdə olan piyadanı vurub. Piyada, şəhər sakini Sabir Ələkbərov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi
- Mirzoyan Finlandiya prezidentinə Bakı ilə sülhdən danışdı