Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Tacikistanın başçısı İmaməli Rəhman arasında görüş keçirilib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, görüş zamanı iki Mərkəzi Asiya dövləti arasında müttəfiq statusunun möhkəmləndirilməsinə dair sazişin bağlanması qərara alınıb.
"Bu tarixi sənəd bizim üçün yeni üfüqlər açır və çoxşaxəli əlaqələrin daha da genişlənməsi üçün zəmin yaradır", - nəşr Qazaxıstan Prezidentinin sözlərindən sitat gətirib.
Tacikistan prezidenti də öz növbəsində bəyan edib ki, sazişin imzalanması iki Mərkəzi Asiya ölkəsinin fundamental maraqlarına cavab verir.
Dərc olunmuş məlumata görə, imzalanmış saziş Qazaxıstan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Tərəflər regional təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələlərində qarşılıqlı dəstək barədə razılığa gəliblər.
Bundan əlavə, iki ölkə liderləri birgə infrastruktur və investisiya layihələrinin həyata keçirilməsi perspektivlərini, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə ediblər. Təhsil, elm və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyət məsələlərinə xüsusi diqqət yetirilib.
- Gəncə və Göygöldə qanunsuz tikililər söküldü - Video
- Sumqayıtda "Mersedes" aşdı: ölən var - Foto
- Əhalinin ərzaq xərcləri 55%-ə çatdı – Bahalaşmanın səbəbi...
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb