Horadiz-Ağbənd dəmir yolu xəttinin 75-ci km-də inşa edilən qalereya dəmir yolunu dağlardan düşə biləcək qaya parçalarından mühafizə üçün layihələndirilib.
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.
Onun sözlərinə görə, qalereyanın uzunluğu 144 metrdir və tikilən qalereyanın qabariti gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsi üçün də imkan verir.
"Qalereya svaylar üzərində layihələndirilib və onun konstruksiyası monolit dəmir-betondur. Sözügeden qalereya Azərbaycanın müstəqilliyi dövründə inşa olunan ilk dəmir yolu qalereyasıdır”, - deyə S.Nəzərova bildirib.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı