"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 57 %-ni tamamlayıb.
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin departament müavini Kənan Rzayev bildirib.
"O cümlədən, dəmir yolu xəttinin layihələndirilməsi işləri 83 % yerinə yetirilib", - deyə o qeyd edib.
ADY rəsmisi deyib ki, ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca 60 metr enində ərazilərin minadan təmizlənməsi başa çatdırılıb, əlavə genişlənmələrin tələb olunduğu hissələrin isə minadan təmizləməsi davam etdilir. Eyni zamanda dəmir yolu xəttinin 72-82-ci km hissəsində yolun oxunun dəyişdirilməsi səbəbindən minatəmizləmə işləri təkrar yerinə yetirilib.
"Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə 72 km, yan yollarla birlikdə isə 83,4 km hissəsində rels-şpal çərçivələri qoyulub, 65,6 km hissəsində uzunölçülü relslərin quraşdırılması işləri tam şəkildə başa çatdırılıb. Hazırda xəttin km 72-89 km aralığında torpaq və mühəndis qurğuların tikintisi işləri davam etdirilir. Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir", - deyə o əlavə edib.
"Horadiz-Ağbənd dəmir yolu xəttinin 106-ci km-də inşa edilən tunelin uzunluğu 1 071 metrdir. Tunelin qabariti gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsinə də imkan verir. Tunelin tikintisi Yeni Avstriya üsulu ilə yerinə yetirilir. Bu üsulda tunelin ətrafında yerləşən qaya qruntunun yükgötürmə qabiliyyətindən asılı olaraq tunelin konstruksiyasına dəyişikliklər olunur, bu da tikinti xərclərinin optimallaşdırılmasına səbəb olur. Qazma işləri qazma-partlatma üsulu ilə aparılır. Tuneldə qazma işləri həm giriş, həm də çıxış tərəfdən aparılır", - deyə K.Rzayev vurğulayıb.
ADY-nin şöbə müdiri Fəryaz Rüstəmov vurğulayıb ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də yerləşən körpünün uzunluğu 771 metrdir və 23 aşırımdan ibarətdir: "Körpünün dayaqları diametri 1200 mm olan monolit dəmir-beton qazma-doldurma svayların üzərində layihələndirilib.Sözügedən körpünün tikintisinin səbəbi dəmir yolunun bu həssədə Xudafərin su anbarına yaxın yerləşməsidir. Körpünün dəmir-beton işləri tamamlanıb, hərəkət tavasının izolyasiya işlərinin başlanması planlaşdırılır".
Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttində işlərin 2025-ci ildə tamamlanması gözlənilir.
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi
- Mirzoyan Finlandiya prezidentinə Bakı ilə sülhdən danışdı
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir