Putinin Bakı səfəri: İrəvanda müharibə panikası...

16:50 - 22 Avqust 2024 - GÜNDƏM

 Putinin Bakı səfəri: İrəvanda müharibə panikası...

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşündən sonra növbəti müharibənin olacağı ilə bağlı səsləndirilən fikirlər əsassızdır.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

O, Ermənistanın geosiyasi və regional oyunçular arasında çəkişmə obyektinə çevrildiyini bildirib:

“Bütün bunlar Baş nazir Nikol Paşinyanın yarıtmaz siyasətinin nəticəsidir. O, ölkəni poliqona çevirib. Rusiya regionda mühüm oyunçudur. Vladimir Putinin Azərbaycan Prezidenti ilə görüşü son dərəcə təbiidir. Bəs Rusiya prezidenti Nikol Paşinyanla necə görüşüb danışacaq? İrəvan Roma Əsasnaməsini ratifikasiya edib, Putin ölkəmizə gələn kimi həbs olunacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Paşinyanın Peterburq xahişinin sensasion səbəbi

Ümumiyyətlə, növbəti müharibənin olacağını düşünmürəm. Sərhəddə müəyyən toqquşmalar ola bilər, amma geniş miqyas almayacaq”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Bakıda rəsmi səfərdə olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol