“Qalatasaray”ın baş məşqçisi azərbaycanlı hakim istəyir - VİDEO

09:45 - 22 Avqust 2024 - İDMAN

 “Qalatasaray”ın baş məşqçisi azərbaycanlı hakim istəyir - VİDEO

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyununda Türkiyə “Qalatasaray”ı səfərdə İsveçrə “Yanq Boyz”una 2:3 hesabı ilə uduzub.

BUTA.TV”nun Türkiyə mediasına istinadən məlumatına görə, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk matçdan sonra açıqlama verib.  Cəzalı olduğundan oyunu tribunadan izləyən O.Buruk əsas olaraq matçın Almaniyadan olan baş hakimi Daniel Siebertin oyunu idarəetməsini tənqid edib.

Onun sözlərinə görə, oyunun əvvəlində hər iki komandaya gərəksiz sarı vərəqələr göstərilib: “Oyun çox dayandı. Hakimin sarı vərəqəni yazması belə 1 dəqiqə davam edirdi. Matçı idarə edə bilməyən bir hakim gördüm. İsveçrənin alman kantonundayıq. Rəqibimiz alman dilində danışır və matçı alman hakim idarə edir. Üstəlik, hakim daha əvvəl Dünya Çempionatında oyunçularımızdan biri ilə problem yaşayıb. Biz də ikinci oyuna azərbaycanlı hakim istəyərik. Türk dilində danışan azərbaycanlı hakim bizim matçı idarə edərsə sevinərik”.

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol