İtaliyanın Siciliya adasının sahil zolağında yelkənli yaxtanın batması nəticəsində itkin düşənlərin beşinin cəsədi tapılıb.
BUTA.TV xəbər verir ki, İtaliya Sahil Mühafizə Xidmətinin sualtı axtarış robotu və yanğınsöndürmə briqadasının dalğıcları dənizin 50 metr dərinliyində beş nəfərin cəsədini aşkarlayıb. Super yaxtanın sahibi, “britaniyalı Bill Qeyts” kimi tanınan məşhur iş adamı Maykl Linç və onun qızı Hannanın, “Morgan Stanley International”ın prezidenti Conatan Blumerin və amerikalı vəkil Kris Morvillonun cəsədi sudan çıxarılıb. Digər cəsədin tanınması aparılır. Conatan Blumerin həyat yoldaşı Enn Elizabet Cudit və Kris Morvillonun həyat yoldaşı Neda Morvillo da itkin düşənlər sırasındadır.
Bununla da yaxtanın batması nəticəsində ölənlərin sayı 6-ya çatıb. Xilasetmə qrupları hazırda itkin düşən sonuncu şəxsin axtarışlarını davam etdirir.
Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində yaxtanın kapitanı Ceyms Ketfildin iki saat dindirildiyi bildirilir.
Xatırladaq ki, Böyük Britaniya bayrağı altında üzən “Bayesian” adlı yaxta avqustun 19-u səhər saatlarında Palermo şəhərinin şimal sahilində Portiçello adlı bölgədə batıb. Yaxtanın göyərtəsində sərnişin və ekipaj üzvü olmaqla ümumilikdə 22 nəfər olub. Onlardan biri azyaşlı olmaqla 15 nəfər xilas edilib, bir ekipaj üzvünün cəsədi tapılıb. Xilas edilənlər arasında Mayk Linçin həyat yoldaşı Anjela Bakares də olub.
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi