Fransa Prezidenti Emmanuel Makronun səfəri “qərblilərin regionda destruktiv fəaliyyəti” paradiqmasında qurulacaq.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.
O, həmçinin qeyd edib ki, Ermənistanın qayıtması üçün KTMT-nin qapıları həmişə açıqdır.
“Təşkilat respublika ilə tam əməkdaşlığa açıqdır. Bu ölkə üçün sabitliyin təminatçıları kimi KTMT və Rusiyanın alternativi yoxdur”, - XİN rəsmisi vurğulayıb.
M.Zaxarova qeyd edib ki, Ermənistan-Rusiya əməkdaşlığı əsrlərin sınağından keçib.
“Yeri gəlmişkən, bu əməkdaşlıq Ermənistanın tarixində əks olunub və hər hansı saxta dərsliklər nəşr edilsə belə, onu yenidən yazmaq mümkün deyil”, - o bildirib.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi