Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu MMC-yə yeni direktor təyin edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu vəzifəyə Vüqar Babakişiyev təyinat alıb.
O, uzun illər sığorta sektorunda çalışıb və institutun rəhbərliyində Səbuhi Bəşirovu əvəz edib.
Xatırladaq ki, "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi