Ukrayna ordusu Rusiyanın Kursk vilayətində növbəti uğurlar əldə edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında bildirilib.
“Ukrayna qüvvələri Qluşkov rayonunda Rusiyanın Seym çayı üzərindən ponton körpüləri və mühəndis avadanlıqlarına zərbələr endirir. Peyk görüntüləri göstərir ki, avqustun 19-da Ukrayna hərbçiləri Seym üzərində ən azı bir ponton körpüsünü dağıdıblar.
Bəzi rusiyalı hərbi blogerlər Ukrayna hərbçilərinin Vişnevkanı ələ keçirdiklərini iddia ediblər. Hətta Rusiya Müdafiə Nazirliyi avqustun 19-da yayımladığı məlumatda Ukraynanın Vişnevka bölgəsində qazandığı uğurları üstüörtülü şəkildə etiraf etmişdi”, - hesabatda qeyd olunub.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi