Ölkələrin UEFA reytinqində dəyişikliklər olub.
BUTA.TV xəbər verir ki, buna avrokubokların pley-off mərhələsinin ilk gününün nəticələri səbəb olub.
Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlardan sonra bəzi ölkələrin xal hesabı dəyişib. Bu, Azərbaycanın mövqeyinə təsir etməyib.
“Qarabağ” Zaqrebdə “Dinamo”ya 0:3 hesabı ilə uduzub. Bu səbəbdən xal hesabımız da dəyişməyib.
Azərbaycanın 18,875 xalı var. Ölkəmiz Avropada 26-cı pillədədir.
Cari mövsümün qazancı 2,125-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,000, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi