ABŞ-la Litva arasında kritik görüş

00:26 - 21 Avqust 2024 - GÜNDƏM

 ABŞ-la Litva arasında kritik görüş

ABŞ Hərbi Hava Qüvvələrinin naziri Frenk Kendall çərşənbə günü Vilnüsdə Litvanın milli müdafiə naziri Laurinas Kasciunas ilə görüşəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Avqustun 21-də ABŞ Hərbi Hava Qüvvələrinin naziri Frenk Kendall Litvaya rəsmi səfər edəcək.

Çərşənbə günü o, milli müdafiə naziri Laurinas Kasciunas, eləcə də Litva ordusunun nümayəndələri ilə görüşəcək. İkitərəfli görüş zamanı onlar regiondakı təhlükəsizlik vəziyyətini, ABŞ-ın hərbi mövcudluğunun Rusiya üçün effektiv çəkindirici siqnal olmasını, hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini, hərbi satınalmalar və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər", - məlumatda deyilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol