"Qarabağ" Çempionlar Liqasının pley-offunda "Dinamo"nu məğlub edib, liqa mərhələsinə yüksəlsə, 18.6 milyon avro qazanacaq.
BUTA.TV xəbər verir ki, Qurban Qurbanovun komandası pley-off mərhələsində iştirak etməklə 4.29 milyon avro qazanacaq. "Dinamo"nu mübarizədən kənarlaşdıracağı halda isə liqaya düşəcək və bu mərhələdə UEFA 18.6 milyon avro ödəyəcək.
Cari mövsüm UEFA Çempionlar Liqasında bu mərhələdə hər qələbəyə 2.1 milyon avro, heç-heçəyə isə 0.7 milyon avro verəcək.
Liqada 1-8-ci yerlərdə qərarlaşacaq komanda 2 milyon avro, 9-16-cı yerlərin sahibi isə 1 milyon avro əldə edəcək.
Çempionlar Liqasının təsnifatında keçilən hər mərhələyə görə isə 175 min avro veriləcək.
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər