İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Axşam saatlarında rayonun Təzəkənd kəndi ərazisində qeydə alınmış hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan BUTA.TV-a bildirilib ki, avqustun 20-də saat 19 radələrində İsmayıllı rayonu ərazisində “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Məsarif Rüstəmov həlak olub, digər 3 nəfər - Camal Zeynalov, Elnur Bayramov və Valeh Məmmədov xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər