Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bu ölkənin “Tagesspiegel” qəzetini NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin müəllifi olduğu Azərbaycan əleyhinə məqalə dərc etdiyinə görə tənqid edib.
BUTA.TV xəbər verir ki, bu barədə səfir X hesabında yazıb.
"Tagesspiegel” erməni lobbiçi Anders Foq Rasmussenin Azərbaycan əleyhinə yazdığı tənqidi məqaləni niyə dərc edib? O, Ermənistan hökumətindən ildə 499 000 avroya qədər pul alır. Bununla belə, "Tagesspiegel" onu sadəcə NATO-nun keçmiş baş katibi kimi təqdim edir... Biz bunu Almaniya ictimaiyyətini çaşdırmağa və Azərbaycanı gözdən salmağa xidmət edən cəhd hesab edirik”, - N.Ağayev qeyd edib.
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər