1000 manata görə güllələndi

17:36 - 20 Avqust 2024 - KRİMİNAL

 1000 manata görə güllələndi

Biləsuvarda güllələnmə hadisəsi baş verib.

BUTA.TV APA-ya istinadən xəbər verir ki, Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakini 1981-ci il təvəllüdlü Mayis Nəsirov hər iki ayağından güllə yarası alıb. O, rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Hadisəyə səbəb usta işləyən Mayil Nəsirovun evini təmir etdiyi şəxsdən qalan borcu istəməsi olub. Bir müddət borclu qalmış ev yiyəsinin ustanı kənd məscidinin qarşısına çağırdığı, orada onun ayaqlarına ov tüfəngindən atəş açdığı bildirilir.

Məlumata görə, ev sahibinin ustaya 1000 manat borcu olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, avqustun 19-da saat 22 radələrində Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini Mais Nəsirov ov silahından açılan atəş nəticəsində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun ayaqlarından qırma yarası aldığı bildirilir.

Cinayət əməlini törətməkdə şübhəli bilinən həmkəndlisi, 1978-ci il təvəllüdlü Zabir Qurbanxan oğlu Soltanov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol