"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq məqsədi ilə Bakı şəhərində bəzi yollardan istifadə məhdudlaşdırılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən BUTA.TV-a verilən məlumata görə, avqustun 20-də, saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın istifadəsinə bağlı olacaq.
Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 13-15-də keçiriləcək.
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər