Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il 11-22 noyabrda Azərbaycanda keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən 80 minə yaxın qonağın iştirakı gözlənilir.
Bəs COP29 ərəfəsində quru sərhədlərin açılması gözlənilirmi?
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov belə bir dəyişikliyin olmayacağını düşünür.
“Qarşıdan COP29 tədbiri gəlir. Bu, Azərbaycan tarixində ən böyük tədbirlərdən biridir. Bununla bağlı ciddi hazırlıqlar gedir. İndiyə qədər sərhədlər bağlı qalıbsa, həmin ərəfədə açılması düşünürəm ki, əlavə yüklənmə yarada bilər. Turizmdə nəzarət, təhlükəsizlik məsələləri çox önəmlidir. Ona görə də COP29-a qədər quru sərhədlərin açılmasını gözləmirəm”, - ekspert qeyd edib.
C.Aşurov bildirib ki, sərhədlərin uzun müddət bağlı qalmasının turizmə mənfi təsirləri var:
“Çünki quru yolla ölkəyə gəlmək olmur, hava yolu ilə səfər isə daha baha başa gəlir. Bu da ümumilikdə gələn və gedənlərin sayına təsir göstərir. Amma hər bir ölkədə turizmin və digər sahələrin inkişafı üçün ilk növbədə təhlükəsizlik məsələləri prioritet məsələdir. Quru sərhədlərin bağlı saxlanması vəziyyətin sabit qalmasına xidmət edir. Onun əvəzinə hava yollarının intensivliyi, uçuşların coğrafiyası genişləndirilsə, ölkəyə gəliş-gedişi müəyyən qədər artırmaq olar”.
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...