Paradoksal odur ki, Ermənistan Rusiya mətbuatında heç vaxt siyasi rəqib, hətta düşmən kimi qəbul olunmayıb. Kifayət qədər qısa müddət ərzində Ermənistan haqqında təsəvvürlər kəskin şəkildə dəyişdi. Son 1-2 ildə Rusiya mediasında turist bloqları və ya mədəni-kulinariya istisna olmaqla, Ermənistanla bağlı heç bir müsbət yazıya rast gəlməmişəm.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı ermənipərəst politoloq Stanislav tarasov “Hraparak”a müsahibəsində Ermənistanın Rusiyaya yeni təyin olunan səfiri Qurgen Arsenyanın görməli olduğu işlər haqda danışarkən deyib.
“Bu problemdir, ona görə ki, ermənilər Rusiya imperiyasının qurulmasına böyük töhfələr veriblər, onların Sovet İttifaqının inkişafında böyük xidmətləri var və hazırda ermənilər Rusiyanın inkişafında iştirak edirlər. Rusiya pasportu da olan Ermənistan vətəndaşları bu gün Ukraynada Rusiya uğrunda döyüşür, erməni əsilli zabitlərimiz var. Bizim üçün vacibdir ki, ermənilər öz vətənlərində baş verən siyasi proseslərə görə Rusiyada özlərini təzyiq altında hiss etməsinlər, onlar bizim tamhüquqlu vətəndaşlarımızdır. Amma istəsək də, istəməsək də, Ermənistan-Rusiya münasibətlərində baş verən neqativlər onlara təsir edir. Bunu düzəltmək lazımdır. Əgər yeni səfir buna can atsa, müraciət edərsə, təbii ki, ona dəstək olacağıq”.
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...