Moskvada qanunsuz miqrasiyanın qarşısının alınması işinə Rusiya Federasiyası İstintaq Komitəsinin hərbi istintaqının əməkdaşları da qoşulub.
BUTA.TV xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
Məlumata görə, Moskvanın Şərq inzibati dairəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz miqrasiya faktlarının müəyyən edilməsi, habelə keçmiş miqrantlar tərəfindən qanunlara riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirib. Yoxlama “Şelkovskaya” metrostansiyası yaxınlığındakı avtovağzalda, tərəvəz anbarında və yataqxanalarda aparılıb. Reyd nəticəsində başqa ölkələrdən bu yaxınlarda Rusiya vətəndaşlığını almış bir neçə onlarla mühacirə hərbi qeydiyyata gəlmək üçün çağırış vərəqələri verilib.
- “Araz”dan “Bir kitab, min dünya” təşəbbüsü
- Səfərbərliyin Saatlı şöbəsində əməliyyat: saxlanılanlar var
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto