Avqustun 19-da saat 01 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində Səbuhi İbrahimov idarə etdiyi KİA markalı avtomobillə yolun kənarında dayanan piyada, 1993-cü il təvəllüdlü Səməd Rəşidovu vurub, daha sonra isə nəqliyyat vasitəsi su kanalına aşıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində sürücü xəsarət alıb, S.Rəşidov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
- Sumqayıtda sərnişin avtobusu təhlükə yaratdı - Video
- Məktəblərdə tətil vaxtı dəyişdi - Rəsmi
- Prezident Natiq İbrahimovu bu universitetə rektor təyin etdi
- Naxçıvanda yüksəkvəzifəli şəxs işdən çıxdı
- Bakıdakı bəzi məktəblərdə tədris distant formada olacaq
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- Aeroport şosesində qorxunc qəzanın - Anbaan videosu
- Daşkəsəndə silsilə ağacəkmə aksiyaları keçirildi