Daşkəsən rayon Xoşbulaq kəndində balta xəsarətləri alan qadın xəstəxanada dünyasını dəyişib.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanova müalicə aldığı xəstəxanada vəfat edib.
Xatırladaq ki, T. Qurbanovaya iyulun 27-də Xoşbulaq kəndində mübahisə zəminində balta ilə bir neçə xəsarətlər yetirilmişdi.
Hadisəni törətməkdə şübhəli bilinən isə onun gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənovadır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən qadın hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir.
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi