Rusiya Federasiya Şurasının senatoru Dmitri Savelyevin həbsinin detalları haqda məlumat yayılıb.
BUTA.TV xəbər verir ki, TASS senator Savelyevin keçmiş biznes ortağı Sergey İonovun qətlinə görə həbs edildiyini bildirib.
Məlumata görə, İonov “Optomonitorinq” şirkətindən 1,6 milyon rubl mənimsəməkdə ittiham edilib və 2,5 il cəza alıb. Şirkətin təsisçisi isə Savelyev və oğullarıdır.
İonov dəymiş ziyanı qismən ödəyib. Buna baxmayaraq, Savelyev onu bağışlamayıb və türmədə öldürtmək qərarına gəlib. Senator onun qətli üçün 10 milyon rubl ödəyib – bu məbləğ İonovun mənimsədiyi məbləğdən (nəzərə alsaq ki, o, mənimsədiyi vəsaitin bir hissəsini qaytarıb) 10 dəfə çoxdur.
Qeyd edək ki, Savelyev həbs edilib və onun adı Rusiya Federasiyasının hakim Vahid Rusiya Partiyasının saytından silinib.
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi