Rusiya İranın proksilərindən Qərblə qarşıdurma üçün istifadə etməyə və qərarların qəbulu prosesinə təsir etməyə çalışır.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Müharibələrin Öyrənilməsi İnstitutunun hesabatında bildirilib.
“Kreml Yəməndəki husilərə raketlər və digər hərbi avadanlıqlar verməyi planlaşdırırdı, amma diplomatik təzyiqlərdən sonra bu fikrindən əl çəkdi. Rusiyanın planına əsasən, İranla hərbi tərəfdaşlıq artmalıdır. Moskva böyük ehtimalla İranın marionetlərindən Qərblə qarşıdurma üçün istifadə etməyə və onlarla bağlı Qərbdə qərarların qəbul prosesinə təsir etməyə çalışır.
Ümumilikdə Rusiya Prezidenti Vladimir Putinin husilərin dəstəklənməsi imkanlarını yenidən nəzərdən keçirməyə hazırlığı Rusiya-İran hərbi əməkdaşlığının dərinləşməsinin tərkib hissəsidir”, – hesabatda qeyd olunub.
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi