Rusiya Ukraynada münaqişənin həlli ilə bağlı Qərbə birtərəfli güzəştə getməyəcək.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Moskvanın birtərəfli güzəştləri keçmişdə qaldı. Gələcəkdə heç vaxt, hətta NATO və Avropa Birliyi ilə münasibətlərimizin ən yaxşı şəraitində belə, Qərbə bizim tərəfimizdən heç bir birtərəfli güzəştlər edilməyəcək.
Vaşinqtonu sakitləşdirmək üçün heç bir hədiyyə, güzəşt və ya hər hansı jest olmayacaq. Yenə də birtərəfli qaydada özlərinə sərfəli olan nəyisə bizim üzərimizə sırımağa cəhd etsələr, o zaman heç bir razılaşma olmayacaq”, - Ryabkov bildirib.
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi