100 minə yaxın israilli Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda İsrailə uçuşların kütləvi şəkildə ləğv edilməsi səbəbindən ölkəyə qayıda bilmir.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
Məlimata görə, sərnişinlərə İsrailə uçuşlara qoşulmaq üçün Yunanıstana və ya Kiprə getmələri tövsiyə olunur.
“Tayms of İsrail” qəzetinin məlumatına görə, ən azı 18 beynəlxalq aviaşirkət Təl-Əvivə uçuşları ləğv edib. Bunlara “Aegean” (Yunanıstan), “Air Europa” (İspaniya), “Air İndia” (Hindistan), “Delta” (ABŞ), “Ethiopian Airlines” (Efiopiya), “Fly Dubai” (BƏƏ), “İberia Express” (İspaniya), İTA (İtaliya), KLM (Niderland), LOT (Polşa), “United Airlines” (ABŞ), “Vueling” (İspaniya) və “Wizz Air” (Macarıstan) daxildir. Bundan əlavə, Almaniyanın “Lufthansa” aviaşirkəti, eləcə də “Swiss Air”, “Austrian Airlines”, “Brussels Airlines” və “Eurowings” aviaşirkətləri də İsrailə uçuşları ləğv edib.
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi