İtalyan idmançı Anjela Karini əlcəzairli transgender İman Xəliflə qalmaqallı döyüşdən sonra radikal qərar verib. Belə ki, o, boksdan birdəfəlik getmək qərarına gəlib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "La Stampa" məlumat yayıb.
"Mən başımı dik tutaraq gedirəm və boksla vidalaşıram", - deyə Karini bildirib.
Xatırladaq ki, onların qarşıdurması Paris Olimpiya Oyunlarında 1/8 final mərhələsində baş tutub. Döyüş başladıqdan 46 saniyə sonra başa çatıb. Səbəb isə Karininin transgender rəqibinin zərbələrinin ağırlığına dözməməsi olub. Mediada yayılan məlumata görə, Karini - "mən dəhşətli ağrı çəkirəm, davam etmək istəmirəm", - deyib. Hakim rinqin mərkəzində İman Xəlifin əlini qaldırmağa hazırlaşanda isə Karini - "Bu ədalətsizlikdir! Ədalətsizlikdir", - deyə qışqırıb. Sonra isə rəqibi ilə əl sıxmaqdan imtina edib.
Onu da qeyd edək ki, 2023-cü il dünya boks çempionatının finalından əvvəl Xəlif XY xromosomunun mövcudluğunu göstərən gender testindən keçə bilməmişdi. Buna baxmayaraq, idmançı Paris Olimpiya Oyunlarına buraxılıb.
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış
- Xudavəng monastırının yeni görüntüləri - Video
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı