2024-cü il iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinə zəhərlənmə səbəbi ilə 74 nəfər qəbul edilib.
BUTA.TV xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Şöbəyə qəbul edilən xəstələrdən 32 nəfəri dərmandan, 22-si sirkə turşusundan, ikisi kimyəvi maddələrdən, ikisi fosfor üzvi birləşmələrindən, bir nəfər qidadan zəhərlənən şəxslərdir.
Həmçinin, 7 nəfər allergik reaksiya, 6 nəfər ilan sancması, 2 nəfər anafilaksiya səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beşi (dörd nəfər kişi cinsli, bir nəfər qadın cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış
- Xudavəng monastırının yeni görüntüləri - Video
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı