Prezident Azərbaycanın kino işçilərini təltif etdi

Prezident Azərbaycanın kino işçilərini təltif etdi

Tarix: Siyasət

Prezident İlham Əliyev Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

BUTA.TV xəbər verir ki, sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

- Cilqamlı Rəmziyə Əkrəmovna

- Quliyeva Gülşən Rəsul qızı

- Məmmədov Rövşən İsax oğlu

- Nəcəfov Bayram Hidayət oğlu

- Yunusov Ədalət Məmməd oğlu.

Bundan əlavə, Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

- Qurbanova Firəngiz Ağa Dadaş qızı

- Rüstəmov Akif Zabi oğlu.