"Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirli rəsmi instaqram hesabında hər şeyi silib.
BUTA.TV bildirir ki, bloger bunu ötən ilin avqustunda keçirdiyi qəzadan sonra ilk dəfə edib. O, bütün yayımladığı videoları, profil şəklini silib və izlədiyi şəxsləri izləmədən çıxarıb. Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.
N.Şükürlü Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma - Ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib və çıxarılan hökmlə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.(Axşam.az)
- Bakıda bu parklar birləşdirilir
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi