Ağ Ev ABŞ-ın F-16 qırıcılarını Ukraynaya təhvil verdiyini təsdiqləməkdən imtina edib.
BUTA.TV xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi müvafiq suala cavabında bununla bağlı Ukrayna tərəfi ilə əlaqə saxlamaq gərəkdiyini bildirib.
"Silahlarımız haqqında qətiyyən danışmayacağam", - deyə o bildirib.
Kirbi xatırladıb ki, elan edilmiş planlara görə, amerikalı qırıcılar bu yayın sonuna qədər Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməlidir.
Qeyd edək ki, “Blumberq” nəşri F-16 qırıcılarının ilk partiyasının artıq Ukraynaya təhvil verildiyi barədə məlumat yayıb.
- Azər Qəribin oğlunun 230 min manat borcu yarandı
- Siyəzəndə mülki müdafiə təlimi keçirildi - Video
- Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
- Bağça müdiri olmaq istəyənlərin diqqətinə!
- Bakıda 9 mənzili soydu, həbs olundu - VİDEO
- Baş nazirdən qərar: Əlilliyi olan şəxslərin reyestri...
- Bakıda bu parklar birləşdirilir
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat