"Qarabağ"ın hücumçusu Olavio Juninyo Çempionlar Liqasının təsnifat mərhələsinin ilk iki turundan sonra bombardirlər siyahısında TOP-5-liyə düşüb.
BUTA.TV Qol.az-a istinadla xəbər verir ki, siyahıya Farer adalarının "Klaksvik" klubunun hücumçusu Arni Frederiksberq başçılıq edir. 32 yaşlı hücumçu bu mövsüm ÇL-də keçirdiyi 4 matçda 5 dəfə rəqib qapılarına yol açıb.
İkinci yeri isə hərəyə 4 qol vurmuş (2 oyuna) "Fənərbaxça"nın hücumçusu Edin Ceko ilə "Qarabağ"lı Juninyo bölüşdürür. Braziliyalı forvard ÇL-in ikinci təsnifat mərhələsində "Linkoln"a (Cəbəllütariq) hər iki matçda fərqlənib (1 qol və het-trik).
TOP-5-i hərəyə 3 qol vurmuş Xesus İmas ("Yaqelloniya" Polşa) və David Mikulesku (FKSB, Rumıniya) qapayır.
- Azər Qəribin oğlunun 230 min manat borcu yarandı
- Siyəzəndə mülki müdafiə təlimi keçirildi - Video
- Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
- Bağça müdiri olmaq istəyənlərin diqqətinə!
- Bakıda 9 mənzili soydu, həbs olundu - VİDEO
- Baş nazirdən qərar: Əlilliyi olan şəxslərin reyestri...
- Bakıda bu parklar birləşdirilir
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat