İsrail HƏMAS liderini istənilən başqa ölkədə neytrallaşdıra bilərdi. Ancaq bunun üçün məhz İranı seçdi. Fikrimcə, İsrailin HƏMAS lideri İsmayıl Haniyəni Tehranda raket zərbəsi ilə öldürməsinin səbəbi islahatçı kimi dəyərləndirilən İranın yeni prezidenti Məsud Pezeşkianla bağlıdır.
BUTA.TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu İsmayıl Haniyənin sui-qəsd nəticəsində öldürülməsinə münasibəti zamanı yazıb.
O bildirib ki, İsrail Qərbin İrana qarşı siyasətinin yumşaldılmasını istəmir:
“Məsud Pezeşkianın prezident kürsüsündə başlıca məqsədi Qərb ölkələri ilə münasibətlərin normallaşması, yeni nüvə anlaşmasının imzalanması olacaqdı. Bu, İsrailin maraqlarına ziddir. Çünki Təl-Əviv düşünür ki, Tehran Qərblə münasibətlərin normallaşması adı altında həm nüvə çalışmalarını davam etdirəcək, həm də HƏMAS və Hizbullah kimi təşkilatları İsrailə qarşı maliyyələşdirməkdə və silahlandırmaqda davam edəcək. HƏMAS liderinin Pezeşkianın andiçmə mərasiminə qatıldığı gün Tehranda öldürülməsi İranın yeni prezidentinin imicinə də mənfi təsir etdi”.
Politoloq bildirib ki, Pezeşkian HƏMAS liderinin Tehranda öldürülməsinə kəskin reaksiya vermək məcburiyyətindədir:
“O, ali dini lider və SEPAH-ın İsrailə qarşı müxtəlif həmlələrinə dəstək vermək məcburiyyətində qalacaq. Belə olan halda Məsud Pezeşkianın Qərb ölkələri ilə münasibətlərin normallaşdırılması istəyi arxa plana keçəcək. İsrailə də elə bu lazımdır”.
Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.
- Qarabağ xanlığının şərq qapısından – Fotolar
- AZAL-ın təyyarəsinin yeni görüntüləri: daha bir yalan... - Foto
- Petrosyanın bu çıxışı ilə bağlı bəyanat yayıldı
- Rusiyada 2025-də nələr olacaq? – Real ssenari
- “Made in China 2025” işə düşdü - Qərb narahatdır
- Qroznıda qəza ilə bağlı araşdırmanın bu hissəsi məxfiləşdirilib
- AZAL təyyarəsinin qara qutularının təhlilinə başlanıldı
- AB də Suriyaya tələsdi, şərt qoydu: Türkiyənin planı nədir?