Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad olunub.
BUTA.TV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 30 iyul 2024-cü il tarixli Sərəncama əsasən, Namiq Nəriman oğlu Paşayev Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Həmçinin eyni tarixli digər Sərəncamla Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Məhərrəm Hüseyn oğlu Abbasova həvalə olunub.
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir
- Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
- Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı
- Azər Qəribin oğlunun 230 min manat borcu yarandı
- Siyəzəndə mülki müdafiə təlimi keçirildi - Video
- Şagird yerdəyişməsi müvəqqəti dayandırılır