Bakıda 77 nömrəli xətt avtobusunda sərnişinlərlə sürücü arasında mübahisə düşüb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Yaranmış vəziyyətdən şikayətçi olan sərnişin qeyd edib ki, havanın yağıntılı olmasına baxmayaraq, kafelərdən birinin qarşısında dayanan 77 saylı xətt avtobusunda 45 dəqiqə sürücü olmayıb.
"45 dəqiqə sonra sürücü ilə birlikdə gələn dispetçer içkili olduğundan avtobusun gecikməsinə etiraz edən sərnişinlərlə mübahisə etməyə başlayıb. Dayanacaqların birində dispetçer mübahisə edən sərnişinlərin biri ilə avtobusdan düşüb əlbəyaxa dava etməyə cəhd göstərsə də, onları ayırıblar. Bu zaman sürücü də avtobusdan düşüb, həmin o etiraz edən sərnişinlə mübahisə etməyə başlayıb", - deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.
- Rus ekspert: Şübhəsiz ki, təyyarəni Rusiya vurub!
- Rusiya XİN təyyarə qəzası ilə bu xəbəri təkzib etdi
- Təyyarə buna görə qəzaya uğrayıb - AZAL
- AZAL-ın keçmiş prezidentit qəza ilə bağlı yeni faktları açıqladı
- Rusiya təyyarənin vurulduğu faktını necə gizlətmək istəyir?
- Astroloq: Təyyarə qəzası ilə bədəl ödədik - Video
- Nazarbayev İlham Əliyevə başsağlığı verdi
- Əliyev Tokayevə zəng etdi