İyulun 28-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu barədə "BUTA TV"yə Müdafiə Nazirliyindən bildirilib.
"İyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", – hərbi qurumun məlumatında qeyd olunub.
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir
- Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
- Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı
- Azər Qəribin oğlunun 230 min manat borcu yarandı
- Siyəzəndə mülki müdafiə təlimi keçirildi - Video
- Şagird yerdəyişməsi müvəqqəti dayandırılır