Ermənistan prezidenti Vaaqn Xaçatryan Tavuşda Azərbaycanla delimitasiya zonasına səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, o, Gümrüdə jurnalistlərə bildirib ki, vəziyyətlə yerində tanış olmaq üçün ayrılmış zonalardan birinə baş çəkib.
“İlk dəfə öz gözlərimlə gördüm ki, bizim öz əlimizlə qurduğumuz sərhədimiz var, yəni tikanlı məftillər var. Durbinlə görünür ki, Azərbaycan sərhədçiləri dayanıb, maşınlar gedir, yol açıqdır, mən 3 kənddən keçdim”, - Xaçatryan bildirib.
O, həmçinin qeyd edib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün yeni dolama yol çəkilir:
“Amma bilirsiniz ki, həyat davam edir, insanlar narazılıq etmirlər, onların problemləri həll olunur - onlar hakimiyyətin yanlarında olduğunu hiss edirlər”.
- Xameneinin Hörmüzla bağlı göstərişi... - Nikzad
- Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - Foto
- QMİ bəyanat yaydı
- Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək
- Dairəvi qalada bərpa işlərinə başlanıldı - Foto
- Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim