Ermənistana görə KTMT dağılmayacaq. Nikol Paşinyan Moskvanın qırmızı xətlərinə riayət etməklə Qərbdən maksimum gəlir əldə etmək siyasətini qurub. Məsələn, Rusiya sərhədçiləri İrəvan hava limanından çıxarılıb, Ermənistan sərhədindən deyil. Gümrüdəki hərbi baza da yerindədir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov Teleqram kanalında bildirib.
“Paşinyan Rusiya ilə əlaqələri kəsib ölkəsinin iqtisadiyyatına dəhşətli zərbə vuracaq qədər axmaq deyil: radikal qərbyönlü kursun mümkünsüzlüyünü və Qərbin dəstəyinin sərhədlərini artıq qonşu Gürcüstan nümayiş etdirib. Paşinyanın iki məqsədi var: hakimiyyəti saxlamaq və ən böyük faydanı həm Qərbdən, həm də Rusiyadan almaq. KTMT-dən çıxmaq bu məqsədlərə ziddir və buna görə də ritorikaya rəğmən bu baş verməyəcək”, - o vurğulayıb.
- Turan Topalova tutduğu vəzifədən ayrıldı
- Buraxılış imtahanın nəticələri nə vaxt elan olunacaq?
- Yük maşını dərəyə aşdı, ölən var
- Xameneinin Hörmüzla bağlı göstərişi... - Nikzad
- Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - Foto
- QMİ bəyanat yaydı
- Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək
- Dairəvi qalada bərpa işlərinə başlanıldı - Foto